Amerikalı nazir: "Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır"

Amerikalı nazir: "Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır"

Çin Xalq Respublikası ABŞ-ni məğlub etmək üçün hazırlıqlı ordu yaradır.

APA xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri naziri Frank Kendall bildirib ki,

"Onlar (Çin - red.) ABŞ-ni məğlub etmək üçün nəzərdə tutulmuş ordu yaradırlar. Zaman mənim ən böyük narahatlığımdır. Biz hərbi-texnoloji üstünlük yarışındayıq", - Kendall ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə deyib.