Erməni deputat Rusiyanı ittiham edib

Erməni deputat Rusiyanı ittiham edib

Ermənistan Rusiya üçün yaxşı müttəfiq idi.

APA xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qaqik Melkonyan “Freenews.am”a açıqlamasında deyib.

“Məsələn, biz onlara 98 milyon dollar borclu idik, lakin onlara borca görə 2 milyard dollar dəyərində əmlak verdik. Sonra biz onlara bütün qaz infrastrukturunu verdik, sonra görünür, bu kifayət etmədi və İrandan qaz kəməri verdik. Biz Ermənistanın bütün iqtisadiyyatını onlara verdik”, - erməni deputat bildirib.

O, Kremli qane etmək üçün Ermənistanın daha nə etməli olduğunu sual edib

“Biz hər şeyə göz yumduq, dedik ki, bizim təhlükəsizliyimizi təmin edirlər”, - Qaqik Melkonyan vurğulayıb.

O qeyd edib ki, Ermənistan Rusiya ilə normal münasibətlər qurmaq istəyən müstəqil ölkədir.