Azərbaycanda icbari tibbi sığorta haqları üzrə büdcə rekvizitləri yenilənib

Azərbaycanda icbari tibbi sığorta haqları üzrə büdcə rekvizitləri yenilənib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müraciətinə əsasən, sığorta haqlarının vaxtında və tam məbləğdə aidiyyəti fondlara köçürülməsinin təşkili məqsədilə, icbari tibbi sığorta haqları üzrə büdcə rekvizitləri yenilənib.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, yenilənmiş rekvizitlər barədə məlumat qurumun internet səhifəsində yerləşdirilib. İcbari tibbi sığorta haqları üzrə yenilənmiş büdcə rekvizitləri ilə aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi