Goranboyda qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

Goranboyda qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

Goranboy rayon sakinlərindən birinə məxsus evdən dəyəri 1 200 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə "Birxeber.Az"a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən G.Bağırova saxlanılıb. Şübhəli şəxs ifadəsində törətdiyi əməli etiraf edərək həmin əşyaları Gəncə şəhərində satdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.