AZAL-ın Bakıdan Dubaya uçan təyyarəsi hava şəraiti səbəbindən geri qayıdıb
“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsiz hava şəraitinin fəsadları səbəbindən uçuş hava limanına qayıtmalı olub.
Bu barədə “Birxeber.Az”a AZAL-dan məlumat verilib.
Bildirilib ki, AZAL Bakı-Dubay-Bakı reyslərinin bütün sərnişinlərinə əlavə məlumat almaq üçün