Çempionlar Liqası: PSJ və “Borussiya” yarımfinalda

Çempionlar Liqası: PSJ və “Borussiya” yarımfinalda

UEFA Çempionlar Liqasında bu gün 1/4 final mərhələsinin ilk iki cavab oyunu keçirilib.

“Report”un məlumatına görə, İspaniya klublarından “Borussiya” ev, “Atletiko” isə səfər matçına çıxıb.

Fransa təmsilçisi PSJ cavab görüşündə “Barselona"ya 4:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Halbuki, ilk görüşdə ispaniyalılar Fransa klubunu 3:2 hesabı ilə məğlub etmişdi.

Digər oyunda “Borussiya” öz meydanında rəqibindən üstün olub. İlk matçda 2:1 hesabı ilə qalib gələn İspaniya təmsilçisi üstünlüyü qoruya bilməyib.

Cavab görüşündə 4:2 hesabı ilə “Atletiko”nu məğlub edən almanlar yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, mərhələnin digər iki oyunu aprelin 17-də keçiriləcək.