Macarıstanın baş naziri Avropa İttifaqının rəhbərliyini siyasi şantajda ittiham edib

Macarıstanın baş naziri Avropa İttifaqının rəhbərliyini siyasi şantajda ittiham edib

İndi Avropa Birliyinin yaşıl keçid, davamlılıq siyasəti, miqrasiya, sanksiyalar və hərbi siyasət kimi özlərinin seçdiyi əsas layihələri olan liderləri var və bunların hamısı uğursuzluğa düçar olub.

“Report” xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasınnı sədri Ursula fon der Leyenin bəyanatına münasibət bildirərkən bəyan edib.

Avropa Komissiyasınnı sədri Ursula fon der Leyen bildirib ki, Macarıstan miqrasiya və anti-gender siyasətlərinə görə Aİ fondlarından pul almayacaq.

Viktor Orban, Avropa İttifaqının rəhbərliyini siyasi şantajda ittiham edib və bildirib ki, bütün əsas layihələri iflasa uğratdığı üçün təşkilatın hazırkı rəhbərliyi istefaya getməlidir:

“Avropa Birliyinə yeni liderlər lazımdır. Brüssel qanunun aliliyi və şərtilikdən siyasi şantaj kimi istifadə edir”.