“Flydubai” Dubaydan aprelin 17-dək bütün reysləri ləğv edib

“Flydubai” Dubaydan aprelin 17-dək bütün reysləri ləğv edib

“Flydubai” şirkəti Dubaydan uçan bütün reysləri aprelin 17-dək şəhərin hava limanında fəaliyyətini dayandıran güclü yağışlar səbəbindən ləğv edib.

“Report” xəbər verir ki, bu barədə “TASS”a aviaşirkətin nümayəndəsi məlumat verib.

“Bu gün, aprelin 16-da axşam Dubaydan uçması planlaşdırılan bütün “Flydubai” reysləri aprelin 17-si yerli vaxtla saat 10:00-a (Bakı vaxtı ilə 10:00 - Qeyd) qədər təxirə salınıb. Bu müddət ərzində son təyinat yeri Dubay olmayan sərnişinlərin uçmasına icazə verilməyəcək”, - məlumatda deyilir.