Tbilisidə xüsusi təyinatlılar etirazçılara müdaxilə etməyə başlayıb - VİDEO

Tbilisidə xüsusi təyinatlılar etirazçılara müdaxilə etməyə başlayıb  - VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının ətrafında keçirilən aksiyada polis xüsusi təyinatlıları etirazçılara müdaxiləyə başlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, ərazini tərk etmək istəməyən etirazçılara qarşı bibər qazı spreyindən istifadə edilib.

Polis hazırda aksiya iştirakçılarının parlament binasının arxa girişindən çıxarmağa çalışır.

Əraziyə su şırnağı maşını cəlb edilib.

Etirazçılar polisə müqavimət göstərirlər.