Maya Sandu: Moldovanın Aİ-yə daxil olması ilə bağlı referendum oktyabrın 20-də keçirilə bilər

Maya Sandu: Moldovanın Aİ-yə daxil olması ilə bağlı referendum oktyabrın 20-də keçirilə bilər

Moldovanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendum konstitusiyaya uyğundur və oktyabrın 20-də keçirilə bilər.

“Birxeber.Az” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu sosial şəbəkələrdə məlumat verib.

“Konstitusiya Məhkəməsi qərar qəbul edib - Aİ-yə daxil olmaq üçün referendum konstitusiyaya uyğundur. Referendum oktyabrın 20-də baş tuta bilər. Bu referendumda “Moldova Respublikasının Avropa İttifaqına daxil olmasının tərəfdarısınızmı?” sualı veriləcək”, - o qeyd edib.