İsrailin "Hizbullah"a qarşı PUA hücumu nəticəsində ölənlər və yaralananlar var

İsrailin "Hizbullah"a qarşı PUA hücumu nəticəsində ölənlər və yaralananlar var

İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Livan ərazisində “Hizbullah” döyüşçülərinin olduğu maşına PUA ilə endirdiyi zərbə nəticəsində ölənlər və yarananlar var.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Voice of Lebanon” (“Livanın səsi”) radiostansiyası məlumat yayıb.

Bildirilib ki, hücum Ayn-Baal və Aytil yaşayış məntəqələrini birləşdirən şosedə həyata keçirilib.