İTA direktoru: "Qarabağ regionun bərpası ilə əlaqədar əməkdaşlığın gücləndirilməsi üçün potensial var”

İTA direktoru: "Qarabağ regionun bərpası ilə əlaqədar əməkdaşlığın gücləndirilməsi üçün potensial var”

İtaliya şirkətləri Azərbaycanın Qarabağ regionunda tikinti və bərpa işlərində fəal iştirak edir və regionun bərpası ilə əlaqədar əməkdaşlığın gücləndirilməsi üçün potensial var.

“Report” xəbər verir ki, bunu İtaliya Ticarət Agentliyinin (İTA) Bakıdakı direktoru Andrea Makkaniko deyib.

“Bəzi İtaliya şirkətləri Qarabağda layihələndirmə işləri ilə məşğuldur. “Yaşıl texnologiyalar”dan istifadə etməklə Qarabağın inşası və yenidən qurulması perspektivləri xüsusi maraq doğurur”, - A. Makkaniko bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə İtaliya arasında iqtisadi əlaqələr çox yaxşı səviyyədədir və Azərbaycan ən mühüm tərəfdaşlarından biridir.

O qeyd edib ki, agentlik həmçinin Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməkdə maraqlıdır.