Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb.

“Birxeber.Az”un məlumatına görə, III dövrənin matçları yanvarın 30-31-də keçiriləcək.

İlk olaraq ayın 30-da “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcəklər. Bu qarşılaşma saat 15:00-da start götürəcək. Günün digər oyunu saat 18:00-da “Murov Az Terminal” və “Abşeron” komandaları arasında olacaq. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Ertəsi gün bir görüş reallaşacaq. “Azərreyl” UNEC-i sınağa çəkəcək. UNEC-in idman zalında təşkil olunacaq matçın start fiti saat 18:00-da səslənəcək.