Davut Menteş: “Azərbaycanın sığorta şirkətlərinin Türkiyə bazarına daxil olmasını istəyərdik”

Davut Menteş: “Azərbaycanın sığorta şirkətlərinin Türkiyə bazarına daxil olmasını istəyərdik”

Türkiyənin Sığorta ve Fərdi Pensiya Tənzimlənməsi və Nəzarəti qurumu Azərbaycanın sığorta şirkətlərinin Türkiyə sığorta bazarına daxil olmasını dəstəkləyir.

Bu barədə "Report"a açıqlamasında qurumun sədri Davut Menteş deyib.

Onun sözlərinə görə, hələlik Azərbaycanın hər hansı bir sığorta şirkətindən bununla bağlı sorğu daxil olmayıb: “Amma olarsa, biz onu yüksək dəyərləndirərik. Türkiyə hər sahədə olduğu kimi, Azərbaycan sığorta bazarına da böyük önəm verir".

O qeyd edib ki, Türkiyə də Sığorta Bilim Mərkəzinin oxşarını Azərbaycanda yaratmaq istəyir. “Artıq bununla bağlı məsələ qısa müddətdə öz həllini tapacaq”.