Bərdə-Ağdam dəmir yolu xəttində keçidlərin tikintisi nəzərdə tutulur

Bərdə-Ağdam dəmir yolu xəttində keçidlərin tikintisi nəzərdə tutulur

Bərdə -Ağdam dəmir yolunda insanlar üçün eynisəviyyəli yol kəsişmələrinin ( keçidlərin), su ötürücü boruların tikintisi planlaşdırılır.

"Birxeber" xəbər verir ki, bunu tikintinin layihə rəhbəri Şəmsəddin Talıbov bildirib.

Onun sözlərinə görə, eyni səviyyəli yol kəsişmələrinin (keçidlərin) tikintisi üçün aidiyyatı qruma müraciət edilib:" Razılaşma əldə edildikdən sonra keçidlərin tikintisini təmin edəcəyik. Bundan əlavə, hərəkətin təhlükəsizliyini təmin etmək üçün dəmir yolu ərazisinin çəpərlənməsi də nəzərdə tutulur. Dəmir yolunun mühafizə zolağındakı yol çəpərlənəcək, 300-500 metrdən bir qapılar olacaq. Bununla yanaşı, ərazidən mal-qaranın keçəcəyi yerdə isə heyvan keçidlərinin tikintisi də nəzərdə tutulur".

O qeyd edib ki, layihədə nəzərdə tutulmamış 3 əlavə yerdə dəmir yolu üzərində su ötürücü boruların quraşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir. Layihə çərçivəsində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarının, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin, 47,1 km-lik rabitə və işarəvermə sisteminin və 127-yə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Dəmir yolu xəttində tikinti işlərinin 44 %-i yerinə yetirilib. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

İnfrastruktur İnfrastruktur
Sabirabadda beş kəndi birləşdirən yol dağılıb: gediş-gəliş çətinləşib

Sabirabadda beş kəndi birləşdirən yol dağılıb: gediş-gəliş çətinləşib

İnfrastruktur İnfrastruktur
Dövlət Turizm Agentliyinin işçilərinin sayı müəyyənləşib

Dövlət Turizm Agentliyinin işçilərinin sayı müəyyənləşib

İnfrastruktur İnfrastruktur
Əlixan Osmanov: “Gələn ildən “Həzi Aslanov” stansiyasında tikinti işləri davam etdiriləcək”

Əlixan Osmanov: “Gələn ildən “Həzi Aslanov” stansiyasında tikinti işləri davam etdiriləcək”

İnfrastruktur İnfrastruktur
AZAL Avropaya birbaşa uçuşların sayını artıracaq

AZAL Avropaya birbaşa uçuşların sayını artıracaq

İnfrastruktur İnfrastruktur
"Azərsu" "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində görəcəyi işləri açıqlayıb

"Azərsu" "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində görəcəyi işləri açıqlayıb

İnfrastruktur İnfrastruktur
ASCO: “Nəsimi” tankerinin əsaslı təmiri başa çatıb"

ASCO: “Nəsimi” tankerinin əsaslı təmiri başa çatıb"

İnfrastruktur İnfrastruktur
Bakı-Naxçıvan təyyarəsi uçuş hava limanına geri qayıtmalı olub

Bakı-Naxçıvan təyyarəsi uçuş hava limanına geri qayıtmalı olub

İnfrastruktur İnfrastruktur
Ekspert: “Dövlət Proqramı Qarabağdakı quruculuğu keyfiyyətcə yeni səviyyəyə qaldıracaq”

Ekspert: “Dövlət Proqramı Qarabağdakı quruculuğu keyfiyyətcə yeni səviyyəyə qaldıracaq”

İnfrastruktur İnfrastruktur
Azərbaycanın 12-ci Ümumdünya Şəhərsalma Forumunda iştirakı müzakirə edilib

Azərbaycanın 12-ci Ümumdünya Şəhərsalma Forumunda iştirakı müzakirə edilib

İnfrastruktur İnfrastruktur
Naxçıvanda 371 713 şəxsin məlumatları elektron sistemə daxil edilib

Naxçıvanda 371 713 şəxsin məlumatları elektron sistemə daxil edilib

İnfrastruktur İnfrastruktur
Azərbaycan və Mahaçqala arasında aviareys açıla bilər

Azərbaycan və Mahaçqala arasında aviareys açıla bilər

İnfrastruktur İnfrastruktur
Nazir: “İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat sahəsinə əhəmiyyətli investisiyalar yatırılıb”

Nazir: “İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat sahəsinə əhəmiyyətli investisiyalar yatırılıb”