Kreml Parisdəki Olimpiya Oyunları zamanı Ukraynada atəşkəsin mümkünlüyünə münasibət bildirilib

Kreml Parisdəki Olimpiya Oyunları zamanı Ukraynada atəşkəsin mümkünlüyünə münasibət bildirilib

"2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı Ukraynada atəşkəsin tətbiqi ilə bağlı rəsmi təkliflər verilməyib".

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ukrayna belə təşəbbüslərdən istifadə edə bilər.

“Həm prezident, həm də bizim hərbçilər bir qayda olaraq hesab edirlər ki, Kiyev rejimi bu cür təşəbbüslərdən yenidən qruplaşmağa və silahlanmağa cəhd üçün istifadə edir. Bu, əlbəttə ki, belə təşəbbüslərə baxılması prosesini çətinləşdirir", - deyə Kremlin sözçüsü vurğulayıb.