Konnor Makdevid Milli Hokkey Liqasının tarixinə düşüb

Konnor Makdevid Milli Hokkey Liqasının tarixinə düşüb

Kanadanın “Edmonton” klubunun hücumçusu Konnor Makdevid Milli Hokkey Liqasının (NHL) tarixinə düşüb.

“Report” xəbər verir ki, o, cari mövsüm meydana çıxdığı oyunlarda 100 assist edərək XXI əsrin ən yaxşı göstəricisinə imza atıb.

27 yaşlı kanadalı oyunçu “San Xose” komandası ilə görüşdə (9:2) rekord göstəriciyə çatıb.

Qeyd edək ki, Konnor Makdevidin NHL tarixinin ən çox qol ötürməsi verən 3 hokkeyçisindən biri olmaq şansı da var. O, bunun üçün qarşıdakı matçlarda daha 2 məhsuldar ötürmə ilə yadda qalmalıdır.