Avropalı politoloq: Bakı ilə Belqrad arasında münasibətlər sabit yüksəliş trendinə malikdir

Avropalı politoloq: Bakı ilə Belqrad arasında münasibətlər sabit yüksəliş trendinə malikdir

Son 15 ildə Serbiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər sabit yüksəliş tendensiyasına malikdir.

Bu barədə “Birxeber.Az”a açıqlamasında serbiyalı politoloq Stefan Antiç deyib.

Onun sözlərinə görə, bu tendensiyaların ən mühüm hərəkətverici qüvvələrindən biri ərazi bütövlüyünə təhdid kimi ümumi çağırışlar, həmçinin Avropada 2022-ci ildən başlayan enerji böhranından çıxış yolunun tapılması zərurətidir:

“Serbiya və Azərbaycan arasında qarşılıqlı diplomatik dəstək qısa müddət ərzində əməkdaşlığın müxtəlif formalarına çevrilib. Buraya infrastrukturun inkişafı sahəsində əməkdaşlıq, enerji, qabaqcıl texnologiyalar, mədəni mübadilə sahəsində birgə təşəbbüslər, həmçinin 2010-cu illərin əvvəlindən bəri iki ölkə arasında ticarət əlaqələrinin 10 dəfə genişlənməsi daxildir”.

Politoloqun fikrincə, Belqradla Bakı arasında münasibətlərdə dönüş 2022-ci ilə təsadüf edib: “Belə ki, o vaxt ölkələrimiz bir sıra sazişlər imzalayıb və bu sənədlərin hər biri birbaşa iqtisadi inkişafa təsir göstərir”.

O qeyd edib ki, Serbiyanın Bolqarıstanda interkonnektorun inşasına başlaması ilə bu ölkəyə Azərbaycan təbii qazına çıxış əldə etməyə imkan verib: “Bununla da əlaqələr dərinləşib və enerji sahəsində əməkdaşlıq genişlənib”.