Sumqayıtda itkin düşən məktəbli tapılıb

Sumqayıtda itkin düşən məktəbli tapılıb

Sumqayıtda bu gün itkin düşən 12-ci mikrorayon sakini 9 yaşlı Yasin Hüseynli tapılıb.

Bu barədə Birxeber.Az-nın yerli bürosuna azyaşlının ailəsi məlumat verib.

Qeyd olunub ki, məktəblini xalası oğlu Sumqayıt şəhər 28 nömrəli məktəbin həyətindən tapıb.

Qeyd edək ki, azyaşlı Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinin üçüncü sinif şagirdidir.