Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Sumqayıt şəhərində mənzildən 1961-ci il təvəllüdlü Mustafayeva Tatyana Vasilyevnanın meyiti tapılıb.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, hadisə 12-ci mikrorayon ərazisində qeydə alınıb.

Onun 2 gün öncə mənzildə vəfat etdiyi bildirilib.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən aşkar olunan meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.