Bakıda 57 yaşlı motosikletçi yol qəzasında xəsarət alıb

Bakıda 57 yaşlı motosikletçi yol qəzasında xəsarət alıb

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Birxeber.Az"un məlumatına görə, Türkan qəsəbəsində 1967-ci il təvəllüdlü Məmmədov Samir Zeynal oğlunun idarə etdiyi motosiklet hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.