Sabah Sumqayıtın bir hissəsində su olmayacaq

Sabah Sumqayıtın bir hissəsində su olmayacaq

Sabah saat 10:00-dan 20:00-a qədər Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.

Bu barədə “Azərsu” ASC-nin “Sumqayıt Sukanal İdarəsi”ndən “Birxeber.Az”un yerli bürosuna məlumat verilib.

Bildirilir ki, şəhəri içməli su ilə qidalandıran 85.75 səviyyəsindən gələn 450 mm diametrlik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq 48, 50, 51-ci məhəllələrdə,16,17,18, 20, 21-ci mikrorayonların və Corat qəsəbəsinin bir hissəsinə suyun verilişində fasilələr yaranacaq