Krımda əcnəbilərin iqtisadiyyatın bir sıra sahələrində işləməsi qadağan edilib

Krımda əcnəbilərin iqtisadiyyatın bir sıra sahələrində işləməsi qadağan edilib

Krımda əcnəbilərin iqtisadiyyatın bir sıra sahələrində işləməsi qadağan edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyanın nəzarətində olan respublikanın rəhbəri Sergey Aksyonov fərman imzalayıb.

Fərmana görə, xarici vətəndaşların nəqliyyat sektorunda, kənd təsərrüfatı və qida istehsalında, əhalinin təbii ehtiyatlarla təminatı sahəsində və kommunal xidmətlərdə, ticarətdə (avtomobillərdən başqa), təhsil, İT və media, idman, istirahət və bir sıra digər sahələrdə işləməsi qadağan olunub.

Aksyonov vurğulayıb ki, o, həm Krımda, həm də bütövlükdə Rusiyada əmək miqrantlarının nəzarətsiz mövcudluğunu qəbuledilməz hesab edir: "Artıq respublikada 500-dən çox qeyri-qanuni miqrant müəyyən edilib, onlardan yüz nəfərinin icazəsiz işlədiyi məlum olub. Həmçinin, Krım hakimiyyəti may ayının əvvəlinə kimi miqrasiya qanunlarının pozulmasına görə tədbirlərin sərtləşdirilməsi və məsuliyyətlə bağlı qanunvericilik təşəbbüsləri hazırlamaq niyyətindədir", Krımın rəhbəri bildirib.

Qeyd edək ki, beynəlxalq hüquq tərəfindən Ukrayna ərazisi hesab olunan Krım yarımadası 2014-cü ilin mart ayından Rusiyanın nəzarətinə keçib.