Makron: Biz Olimpiya atəşkəsi üçün çalışacağıq

Makron: Biz Olimpiya atəşkəsi üçün çalışacağıq

Rusiya ilə Ukrayna, İsrail və HAMAS arasında müharibənin davam etdiyi bir vaxtda Fransa Prezidenti Emmanuel Makron Olimpiya atəşkəsinin əldə oluna biləcəyinə hələ də ümid etdiyini deyib.

Birxeber.Az xəbər verir ki, bu barədə Fransa dövlət başçısı bu barədə BFMT TV və RMC-nin suallarını cavablandırarkən bildirib.

"Biz Olimpiya atəşkəsi üçün çalışacağıq", - deyə Prezident Makron qeyd edib.

O əlavə edib ki, Çin Xalq Respublikasının Sədrindən bu mövzuda kömək istəyəcək.

Xatırladaq ki, mayın əvvəllərində ÇXR sədri Si Cinpinin Parisə səfəri gözlənilir.