Bakıda yol qəzası olub, xəsarət alanlar var
Bakının Sabunçu rayonunda yol qəzasında iki nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1975-ci il təvəllüdlü Ədilov Elşən Azad oğlu və 1996-cı il təvəllüdlü Məmmədov Elvin Ataş oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.