Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb, 7634 nəfər yaralanıb - YENİLƏNİB-7

Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb, 7634 nəfər yaralanıb - YENİLƏNİB-7

Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb. 

“Birxeber.Az” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 7634 nəfər yaralanıb.

Bildirilib ki, təbii fəlakət zamanı 2824 bina dağılıb.  

16:10

Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb. 

“Birxeber.Az” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

14:10

Türkiyədə zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb. 

“Birxeber.Az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəricəsində 5385 nəfər yaralanıb. 

“Bu gecə saat 04:17-də son bir əsrdə yaşadığımız, 1939-cu ildə baş verən Ərzincan zəlzələsindən sonra ən dəhşətli zəlzələni yaşadıq. Zəlzələnin ocağı Kahramanmaraşda 7,7 maqnitudalı, yerin 7 kilometr dərinliyində baş verib. Zəlzələnin ağır nəticə verdiyi ərazilərdə dəstəklər davam edir. Əsas diqqətimiz insanların xilas edilməsidir”, - Ərdoğan bildirib. 

11:05

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.

“Birxeber.Az” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.

F.Oktay bildirib ki, 1 710 bina dağılıb.

08:59

Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

06:12

Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 6.98 km dərinlikdə şəhərin Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə 05:26-da baş verib.

Məlumata görə, bölgədə təkrar təkanlar davam edir.

05:56

Türkiyədə zəlzələnin baş verdiyi ərazilərdə dağıntılar var.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Anadolu” agentliyinin hadisə yerlərindən canlı yayımı və sosial şəbəkələrdəki paylaşımlardan məlum olub.

Ölənlər və yaralananların olması istisna edilmir.

Qeyd edək ki, şiddətli yeraltı təkanların Suriyada, Livanda və İsraildə də hiss edildiyi bildirilir. KİV-də Suriyanın şimalında da dağıntıların olması barədə məlumat yer alıb.

05:35

Türkiyədə 7,4 maqnitudalı zəlzələ olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Region Region
BQXK prezidenti Rusiyaya səfər edəcək

BQXK prezidenti Rusiyaya səfər edəcək

Region Region
Türkiyənin tanınmış aktyoru Almaniyada vəfat edib

Türkiyənin tanınmış aktyoru Almaniyada vəfat edib

Region Region
Fuat Oktay: “İstanbulda terror törədənlər ələ keçiriləcək və qanun qarşısında cavab verəcəklər”

Fuat Oktay: “İstanbulda terror törədənlər ələ keçiriləcək və qanun qarşısında cavab verəcəklər”

Region Region
İran nüvə proqramını inkişaf etdirmək üçün Rusiyaya müraciət edib

İran nüvə proqramını inkişaf etdirmək üçün Rusiyaya müraciət edib

Region Region
Ərdoğan: “Biz çox öndəyik”

Ərdoğan: “Biz çox öndəyik”

Region Region
Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır

Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır

Region Region
Rusiya və Türkiyə müdafiə nazirləri Qarabağ məsələsini müzakirə edib

Rusiya və Türkiyə müdafiə nazirləri Qarabağ məsələsini müzakirə edib

Region Region
Ukrayna Dövlət Vergi Xidməti rəhbərinin müavininə sui-qəsd cəhdi olub

Ukrayna Dövlət Vergi Xidməti rəhbərinin müavininə sui-qəsd cəhdi olub

Region Region
Nərimanov rayonunda 43 yaşlı qadını avtomobil vurub

Nərimanov rayonunda 43 yaşlı qadını avtomobil vurub

Region Region
Türkiyədə zəlzələdən sonra 820 mindən çox bina yararsız vəziyyətə düşüb

Türkiyədə zəlzələdən sonra 820 mindən çox bina yararsız vəziyyətə düşüb

Region Region
Türkiyədə "F-5” təlim qırıcısı qəzaya uğrayıb

Türkiyədə "F-5” təlim qırıcısı qəzaya uğrayıb

Region Region
Türkiyə neft daşıyan tankerləri boğazlardan buraxmağa başlayıb

Türkiyə neft daşıyan tankerləri boğazlardan buraxmağa başlayıb