Yalçın Rəfiyev: COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı sənədlərin təklif edilməsidir

Yalçın Rəfiyev: COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı sənədlərin təklif edilməsidir

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı sənədlərin təklif edilməsidir.

APA xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29 baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu gün jurnalistlər üçün keçirilən COP29 Sədrliyinin ilk mətbuat konfransında deyib.

O bildirib ki, iqlim dəyişikliyi, iqlim maliyyəsi ilə bağlı sənədlərin yeni meyarlarının hazırlanması COP29-dan əsas gözləntidir:

“Çünki iqlim maliyyəsi ilə bağlı sənədlər dünyanın üz-üzə olduğu iqlim dəyişmələri problemlərinin həlli üçün kifayət qədər əhatəli deyil. Bu istiqamətdə müxtəlif platformalarda ikitərəfli və çoxtərəfli danışıqlar aparılacaq”.