Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan para-badmintonçuları İspaniyanın Vitoriya-Qasteys şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu gün start götürəcək yarışda İbrahim Əliyev, Fərid Mayılov, Nicat Allahverdiyev və Nərmin İskəndərova mübarizə aparacaqlar.

İdmançılar turnirdə baş məşqçi Teymur Abbasov və köməkçi məşqçi Rəvan Niftəliyevin rəhbərliyi altında qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarış aprelin 21-də başa çatacaq.