Anar Kərimov: “BMT üzvü olan bir çox ölkələr Azərbaycana açıq dəstəklərini ifadə etdilər”

Anar Kərimov: “BMT üzvü olan bir çox ölkələr Azərbaycana açıq dəstəklərini ifadə etdilər”

“Bugünkü görüşdə BMT-yə üzv olan bir çox ölkələr Azərbaycanın “Mədəniyyət naminə sülh" (“Peace4culture”) layihəsinə açıq şəkildə dəstəklərini ifadə etdilər və bu layihənin indiki zamanda nə qədər önəmli olduğunu dilə gətirdilər”.

Bunu “Birxeber”un yerli bürosuna müsahibəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, təşəbbüsün BMT-yə üzv dövlətlər tərəfindən dəstəklənməsi böyük uğurdur: “Bu gün BMT-də Azərbaycan adına əhəmiyyətli bir görüş reallaşdı. Məlumdur ki, Azərbaycan 2021-ci ildə “Mədəniyyət naminə sülh” təşəbbüsü elan edib və təşəbbüsümüzə BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) və İslam Ölkələri Elm, Təhsil, Mədəniyyət təşkilatı ( İSESKO) tərəfdaş olub.

Bu gün təşəbbüsün həyata keçirilməsi üçün fəaliyyət planını imzaladıq. Biz təşəbbüs barəsində fikir və düşüncələrimizi, fəaliyyət planımızı BMT ailəsinə, təşkilata üzv olan dövlətlərə təqdim etdik. Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan lahiyə dünya üçün olduqca faydalıdır. Bu, cənab Prezident İlham Əliyevin təşəbbüsüdür və biz çox sevinirik ki, belə təşəbbüslər beynəlxalq aləmdə yüksək qiymətləndirilir”.

Nazir qeyd edib ki, layihənin beş illik fəaliyyət planı artıq hazırdır: “Layihədə əsas məqsədimiz post münaqişə dövrlərində mədəniyyətlərin qorunması, dirçəldilməsi və mədəni irsin bərpa edilməsi üçün davamlı sülhün təmin edilməsidir.

Təbii ki, bu işdə beynəlxalq ictimayyətin və BMT-nin dəstəyi çox önəmlidir. Bu bizim üçün çox gözəl bir fürsət olacaq ki, Qabağda ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış abidələrimiz haqqında məlumatı geniş ictimaiyyətə çatdıraq və eyni zamanda Azərbaycanın sülhsevər, gələcəyə baxan bir ölkə olduğunu nümayiş etdirək”.

Nazir vurğulayıb ki, “Mədəniyyət naminə sülh" (“Peace4culture”) təşəbbüsü Qabağda ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış abidələr haqqında məlumatı geniş ictimayyətə çatdıraq üçün gözəl fürsətdir.

--- ---
Uşaq musiqi məktəblərinə işə qəbul test üsulu ilə aparılacaq

Uşaq musiqi məktəblərinə işə qəbul test üsulu ilə aparılacaq

--- ---
Nəriman Nərimanovun Gürcüstandakı xidmətləri və yaşadılan xatirəsi - REPORTAJ

Nəriman Nərimanovun Gürcüstandakı xidmətləri və yaşadılan xatirəsi - REPORTAJ

--- ---
ABŞ-da Qarabağda erməni vandalizmini əks etdirən sərgi açılıb

ABŞ-da Qarabağda erməni vandalizmini əks etdirən sərgi açılıb

--- ---
Azərbaycanla BMT arasında "Mədəniyyət naminə sülh" qlobal çağırışının fəaliyyət planı imzalanıb

Azərbaycanla BMT arasında "Mədəniyyət naminə sülh" qlobal çağırışının fəaliyyət planı imzalanıb

--- ---
Musiqi məktəblərinə işə qəbul qaydalarının kimlərə şamil olunmayacağı açıqlanıb

Musiqi məktəblərinə işə qəbul qaydalarının kimlərə şamil olunmayacağı açıqlanıb

--- ---
Opera və Balet Teatrında əsaslı təmir-bərpa işlərinə başlanılıb

Opera və Balet Teatrında əsaslı təmir-bərpa işlərinə başlanılıb

--- ---
"Euronews" Şuşadakı “Xarıbülbül” festivalı barədə reportaj hazırlayıb

"Euronews" Şuşadakı “Xarıbülbül” festivalı barədə reportaj hazırlayıb

--- ---
Nazir: "ABŞ Dövlət Departamenti azad edilmiş ərazilərdə bərpa işlərinə dəstək verir"

Nazir: "ABŞ Dövlət Departamenti azad edilmiş ərazilərdə bərpa işlərinə dəstək verir"

--- ---
Tbilisidə Azərbaycanın üç şəhərinin mədəniyyətinin inkişafı üzrə strategiyalar təqdim olunub

Tbilisidə Azərbaycanın üç şəhərinin mədəniyyətinin inkişafı üzrə strategiyalar təqdim olunub

--- ---
"Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi" mövzusunda beynəlxalq konfrans keçirilib

"Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi" mövzusunda beynəlxalq konfrans keçirilib

--- ---
Munis Şərifovun 60 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO