Jozep Borrell: NATO daxilində güclü bir Avropa sütunu yaratmalıyıq

Jozep Borrell: NATO daxilində güclü bir Avropa sütunu yaratmalıyıq

Avropa İttifaqının (Aİ) təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrell müdafiə sektoruna diqqətin artırılması və hərbi xərclərin ÜDM-in 2 faizdən çoxuna çatdırılmasının zəruriliyini bildirib.

“Birxeber.Az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.

“Biz üzərimizə strateji məsuliyyət götürməli və öz gücümüzlə Avropanı müdafiə etmək iqtidarında olmalı və NATO daxilində güclü bir Avropa sütunu yaratmalıyıq. Biz çox qısa müddətdə bu istiqamətdə irəliyə doğru addımlamalıyq. Bu ona görə deyil ki, biz müharibə aparmağa hazırlaşırıq. Əksinə, biz istənilən təcavüzkarı çəkindirmək üçün vasitələrə sahib olmaqla bunun qarşısını almaq istəyirik”, - o qeyd edib.

Onun sözlərinə görə, bu, Avropa ordusunun yaradılmasının yaxın gələcəkdə üzv dövlətlərin müstəsna səlahiyyətində qalacağı anlamına gəlmir. J.Borrell əlavə edib ki, söhbət ilk növbədə milli səviyyədə müdafiə xərclərinin artırılmasından gedir.