Keçmiş briqada generalı: "İsrail İranın hücumunu dəf etmək üçün bir gecədə bir milyard dollardan çox vəsait xərcləyib"

Keçmiş briqada generalı: "İsrail İranın hücumunu dəf etmək üçün bir gecədə bir milyard dollardan çox vəsait xərcləyib"

İranın yüzlərlə raket və pilotsuz təyyarə ilə hücumunu dəf etmək İsrailə bir gecədə təxminənn 1-1,3 milyard dollara başa gəlib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri Baş Qərargahının keçmiş maliyyə müşaviri, ehtiyatda olan briqada generalı Ram Aminah “Ynet” portalına müsahibəsində məlumat verib.

“Söhbət bir gecədə müdafiə üçün 4-5 milyard şekelin (1-1,3 milyard dollar) xərclənməsindən gedir”, - ehtiyatda olan general vurğulayıb.

Onun sözlərinə görə, İsrailin hücumu dəf etmək üçün çəkdiyi xərc İranın bu hücumu həyata keçirmək üçün xərclədiyi vəsaitdən on dəfə çoxdur.