Rusiya İsraili təxribat xarakterli addımlardan əl çəkməyə çağırıb

Rusiya İsraili təxribat xarakterli addımlardan əl çəkməyə çağırıb

Rusiya İsraili gərginliyin daha da artmasını istəmədiyini bildirən İrandan nümunə götürməyə çağırıb.

APA xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Biz Qərbi Qüdsü Fələstin-İsrail qarşıdurmasının gərginləşməsi nəticəsində onsuz da sabitliyi pozulmuş Yaxın Şərqdə son dərəcə təhlükəli və təxribat xarakterli hərbi əməliyyatlar praktikasından əl çəkməyə çağırırıq”, - diplomat vurğulayıb.

Bundan əlavə, o qeyd edib ki, Qərbin Yaxın Şərqdə eskalasiyanın əsas səbəbləri barədə susması qəbuledilməzdir.