Kirbi: "ABŞ Yaxın Şərqdəki qoşunlarını qorumaq üçün hər şey edəcək"

Kirbi: "ABŞ Yaxın Şərqdəki qoşunlarını qorumaq üçün hər şey edəcək"

ABŞ hakimiyyəti Yaxın Şərqdəki qoşunlarını və obyektlərini qorumaq üçün hər cür səy göstərəcək.

APA xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “CBS” telekanalının efirində deyib.

Onun sözlərinə görə, regionda baş verənlər ABŞ-a təsir edir, çünki İraq və Suriyada Amerikanın çoxsaylı qoşunu, obyektləri və gəmiləri var.

Kirbi onu da əlavə edib ki, ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbətində Vaşinqtonun onları qorumaq üçün istənilən addımı atmağa hazır olduğunu açıq şəkildə bildirib.