“Emirates” İordaniya, İraq və Livana uçuşları bərpa edəcək

“Emirates” İordaniya, İraq və Livana uçuşları bərpa edəcək

BƏƏ-nin “Emirates” şirkəti gün ərzində İordaniya, İraq və Livana uçuşları bərpa etmək qərarına gəlib.

“Birxeber.Az”un məlumatına görə, bu barədə TASS-a aviadaşıyıcının nümayəndəsi açıqlayıb.

“Aprelin 14-ü günortadan etibarən İordaniya, Livan və İraqa planlı uçuşlarımızı bərpa edəcəyik, çünki bu ölkələr daha əvvəl öz hava məkanını açmışdılar”, – məlumatda bildirilib. “Emirates” sözçüsü deyib ki, aviaşirkət “durumu yaxından izləyir və öz hərəkətlərini müvafiq orqanlarla əlaqələndirir”.

Xatırladaq ki, daha əvvəl İordaniya, İraq və Livan məhdudiyyətlər tətbiq edildikdən sonra öz hava məkanlarını açmaq qərarına gəliblər. Buna baxmayaraq, əmirlik aviaşirkətləri “Emirates”, “Etihad” və “Flydubai” 14 aprelə planlaşdırılmış bəzi reysləri ləğv edib və ya ertələyib.