Blinken: İranın İsrailə hücumunu pisləyirik, müttəfiqlərimizlə məsləhətləşəcəyik

Blinken: İranın İsrailə hücumunu pisləyirik, müttəfiqlərimizlə məsləhətləşəcəyik

ABŞ İranın İsrailə hücumunu qətiyyətlə pisləyir.

APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib.

Antoni Blinken qeyd edib ki, vəziyyətin eskalasiyasında maraqlı olmasalar da, İsrailin müdafiəsinə dəstək olmağa davam edəcəklər: “Bunu Prezident Co Bayden də dəfələrlə bəyan edib. Yaxın saatlarda mən bu məqsədlə qlobal tərəfdaşlarımız və müttəfiqlərimizlə məsləhətləşmələr aparacağam".