İran SQ-nin Baş Qərargah rəisi: İsrailə qarşı əməliyyat başa çatıb

İran SQ-nin Baş Qərargah rəisi: İsrailə qarşı əməliyyat başa çatıb

İran İsrailə qarşı əməliyyatı başa çatdırıb.

APA-nın “Press TV”-yə istinadən verdiyi xəbərə görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib.

Bununla belə, Məhəmməd Baqiri növbəti addımlara hazır olduqlarını söyləyib: "Bizim nöqteyi-nəzərdən əməliyyat başa çatıb. Əməliyyat tamamilə uğurlu olub. Ancaq İran Silahlı Qüvvələri zərurət yarandığı halda hərəkətə keçməyə hazırdır".