Rusiyalı ekspert: İran simasını xilas etmək üçün İsrailə hücum edib

Rusiyalı ekspert: İran simasını xilas etmək üçün İsrailə hücum edib

“İran Suriyadakı konsulluğunun atəşə tutulmasına cavab olaraq İsrailə hücum etdi və gələcəkdə Yaxın Şərqdə gərginliyin artacağını gözləməməliyik”.

“Report” xəbər verir ki, bu fikri “TASS”a açıqlamasında Rusiya Strateji Araşdırmalar İnstitutunun Yaxın və Orta Şərq Mərkəzinin rəhbəri Vladimir Fitin deyib.

Onun sözlərinə görə, bu münaqişənin iştirakçılarından heç biri regionda gözlənilməz nəticələrə səbəb olacaq böyük müharibədə maraqlı deyil:

“İran Suriyadakı konsulluğuna hücumu cavabsız qoya bilməzdi və ona görə də nə isə etməli idi. Əks halda həm əhalisinin, həm də bütün müsəlman ümmətinin qarşısında tamamilə iradəsiz görünərdi. İran simasını xilas etmək üçün İsrailə hücum edib”.

Ekspert bildirib ki, həyata keçirilən hücum İranın hazırkı vəziyyətdə edə biləcəyi maksimumdur və orada dayanmaq istəyir:

“Eyni zamanda, artıq kifayət qədər yaxın olan prezident seçkiləri ərəfəsində ABŞ-ın indi müharibəyə qətiyyən ehtiyacı yoxdur. Digər tərəfdən bütün bu vəziyyət ABŞ prezidenti Co Baydenin yenidən seçilmək şansını daha da zədələyəcək”.

Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ordu yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib.