AZAL Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar bəzi reyslərin gecikdiyini açıqlayıb

AZAL Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar bəzi reyslərin gecikdiyini açıqlayıb

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin bəzi reyslərində gecikmələr müşahidə olunur.

Qurumdan Birxeber.Az-ya verilən xəbərə görə, aşağıdakı reyslər təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir:

İslamabad-Bakı (J2 5144);

Dammam-Bakı (J2 8210);

Dehli-Bakı (J2 058);

Dubay-Bakı (J2 016).