ABŞ qırıcıları İranın PUA-larını vurmaq üçün İraq və İordaniya səmasındadır

ABŞ qırıcıları İranın PUA-larını vurmaq üçün İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr İraq və İordaniya üzərində xidmət aparırı.

Birxeber.Az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, qırıcılar İrandan İsrailə göndərilən pilotsuz uçuş aparatlarını məhv etmək üçün havaya qalxıb.

Bir müddət əvvəl İrana məxsus onlarla PUA-nın İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilirdi.

İrandan buraxılan döyüş başlıqları daşıyan PUA-lar da İordaniya ərazisi üzərində müşahidə edilib.