Ukrayna müqaviləli hərbçilərin qəbulu üçün daha 20-dən çox mərkəz açacaq

Ukrayna müqaviləli hərbçilərin qəbulu üçün daha 20-dən çox mərkəz açacaq

İyulun sonuna kimi Ukraynada Müdafiə Nazirliyi üçün 20-dən çox işə qəbul mərkəzi açılacaq.

"Birxeber.Az" “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə nazir müavini, general-leytenant İvan Qavrilyuk məlumat verib.

Onun sözlərinə görə, fevralın 11-dən artıq 11 belə mərkəz açılıb. “İyulun sonuna qədər ölkə üzrə daha 22 belə mərkəz açılmalıdır. Bu günədək açıq mərkəzlər vasitəsilə artıq 200-dən çox müraciət qeydə alınıb, işə qəbul mərkəzlərinin işinin nəticələrinə əsasən, müqavilələrin sayını ayda 4-5 minə çatdıracağıq”, - Qavrilyuk qeyd edib.