Nigeriya dünyada ilk dəfə meningit xəstəliyinə qarşı vaksin hazırlanıb

Nigeriya dünyada ilk dəfə meningit xəstəliyinə qarşı vaksin hazırlanıb

Nigeriya dünyada ilk dəfə meningit xəstəliyinə qarşı yeni vaksin hazırlayıb.

APA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından məlumat verilib.

Bildirilib ki, “Men5CV” adı verilən vaksin sözü gedən xəstəliyin beş ştammının təsirlərindən qorumaq qabiliyyətinə malikdir.

ÜST eyni zamanda sözü gedən preparatın analoqlarından daha etibarlı təsir gücündə olduğunu açıqlayıb:

“Təkcə ötən il ərzində Afrikada meningit xəstəliyinə yoluxanların sayında 50 faiz həcmində artım olub. Digər tərəfdən, Nigeriya meningit epidemiyasına yoluxma riski yüksək olan 26 ölkə arasında yer alıb. 2023-cü ilin oktyabrından bu ilin martınadək olan müddətdə Nigeriyada 153 nəfər meningit virusundan vəfat edib”.

Qeyd edək ki, baş beyin və onurğa beyin qişalarının iltihabi xəstəliyi olan meningit əsasən hava-damcı yolu ilə keçir.