Dadaş Dadaşbəyli: Dünya Kubokunda üç gümüş medal qazanmaq çox böyük uğurdur

Dadaş Dadaşbəyli: Dünya Kubokunda üç gümüş medal qazanmaq çox böyük uğurdur

Tailandın Phuket şəhərindəki Dünya Kubokunda 3 gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli bunun onun üçün çox böyük uğur olduğunu bildirib.

"Birxeber.Az"un məlumatına görə, Bakıda qarşılanma zamanı jurnalistlərə açıqlama verən idmançı yarışın səviyyəsinin dünya çempionatına bərabər olduğunu söyləyib.

"Avropa çempionatındakı zədəmlə əlaqədar olaraq məşqlərə qoşula bilməmişdim. Turnirdə iştirakım üçün federasiyanın vitse-prezidenti Firdovsi Umudov böyük dəstək verdi. Mənə olan etimadı doğruldub 3 gümüş medal qazandım. Dünya çempionatından 3 bürünc qazansam da, bu nəticələrdə mənim uğurlarım sırasına əlavə olundu. Bundan sonra mundiala hazırlaşacağam. Gələcək hədəflərim və iştirak edəcəyim yarışlar çoxdur", - D.Dadaşbəyli əlavə edib.