Qazaxıstanda daşqınlar səbəbindən təxliyə edilənlərin sayı 102 mini keçib

Qazaxıstanda daşqınlar səbəbindən təxliyə edilənlərin sayı 102 mini keçib

Qazaxıstanda daşqınlar başlayandan bəri 102 mindən çox insan təxliyə olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daşqınlar başlayandan bəri 102 328 nəfər xilas edilib: “Onlardan 6 757 nəfəri müvəqqəti yerləşdirmə mərkəzlərindədir. 10 120 nəfər isə evlərinə qayıdıb”.

Qeyd edilib ki, ölkənin 6 regionunda 3957 fərdi yaşayış binası, 942 həyətyanı sahə və 962 bağ evi su altında qalıb.

Xatırladaq ki, mart ayında başlayan daşqınlar səbəbindən Qazaxıstanın 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan olunub. Xilasetmə işlərinə 35 mindən çox insan, 4 min texnika və 17 təyyarə cəlb olunub.