Ordumuzun mövqeləri yenidən atəşə tutulub

Ordumuzun mövqeləri yenidən atəşə tutulub

Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Birxeber.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məliumat yayıb.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.