Ermənistanda hərbçilər qəzaya düşüb: 4 ölü, 20 yaralı - YENİLƏNİB

Ermənistanda hərbçilər qəzaya düşüb: 4 ölü, 20 yaralı - YENİLƏNİB

Ermənistanda hərbçilərin düşdüyü qəzada ölən və yaralananların sayı açıqlanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Meğridə baş verən qəza ilə bağlı məlumatında bildirilib.

Məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

***

19:09

Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb.

Birxeber.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 12-də saat 15:25 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan “Ural” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

İlkin məlumata görə, 4 nəfər ölüb, yaralılar var.