Naxçıvanın bəzi ərazilərinə suyun verilişi dayandırılıb

Naxçıvanın bəzi ərazilərinə suyun verilişi dayandırılıb

Naxçıvan şəhəri Əliqulu Qəmküsar küçəsində magistral su xəttində qəza baş verib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin uzun zamandır fəaliyyət göstərməsi və fəaliyyət müddətini başa vurması göstərilir.

Borunun partlaması nəticəsində 2-ci və 3-cü mikrarayon ərazilərinə, həmçinin Hacıniyyət kəndinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

Naxçıvan Su kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar.