Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Toplantıda əvvəlcə Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall”da baş verən terror aktı zamanı ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanı toplantıda xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. O, bu məqsədlə aprelin 11-də Belarusa işgüzar səfər edib.