Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb

Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən 9 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olub.

Daxili İşlər Nazirliyindən Birxeber.Az-ya verilən xəbərə görə, bundan başqa rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, 2 ədəd partlayıcı başlığı, 2 ədəd “M-75” əl qumbarası, 4 ədəd avtomat darağı və çoxlu sayda patron aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik tədbirlər görülərək ərazidən götürülüb.