Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Birxeber.Az"a verilən məlumata görə, aprelin 12-də saat 04 radələrində Şəki rayonunun Abbas kəndi ərazisində Rüstəm Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada, 1935-ci il təvəllüdlü Şamxalov Mürsəl Əziz oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Araşdırma aparılır.