KİV: Fransada Makronun Ukrayna ilə bağlı dediklərindən sonra bunkerlərə maraq artıb

KİV: Fransada Makronun Ukrayna ilə bağlı dediklərindən sonra bunkerlərə maraq artıb

Ukraynadakı münaqişə və xüsusən də Fransa lideri Emmanuel Makronun bu ölkəyə qoşun göndərilməsi ilə bağlı açıqlamaları Fransa sakinləri arasında şəxsi bunker və sığınacaqların alınmasına marağın kəskin artmasına səbəb olub.

APA xəbər verir ki, bu barədə “Le Figaro” nəşri yazıb.

“Emmanuel Makron fevralın sonunda Ukraynaya qoşun göndərmək barədə danışandan dərhal sonra şəxsi bunkerlərə olan tələbat artıb”, - deyə nəşr qeyd edib.